Xarici dövlətlər Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmalıdır.
AzerTimes xəbər verir ki, bunu hakim Gürcü arzusu – Demokratik Gürcüstan Partiyasının icraçı katibi Mamuka Mdinaradze deyib.
“Biz xarici dost ölkələr və onların nümayəndələrini Gürcüstanın daxili işlərinə maliyyə müdaxiləsini dayandırmağa çağırırıq. Onların özləri də bilirlər ki, bu, ölkədə hansı təlatümlərə səbəb ola bilər”, – o bildirib.