Tiflisdən Bakı və İrəvana: Dialoq mərkəzi olmağa hazırıq!

Tiflisdən Bakı və İrəvana: Dialoq mərkəzi olmağa hazırıq!

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin yaxşılaşmasına töhfə vermək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının tribunasında çıxışı zamanı deyib.

“Regiondakı çətin vəziyyətə baxmayaraq, biz qonşular arasında münasibətlərin yaxşılaşdırılması üçün səylərimizi əsirgəmirik. Artıq uğurlu işlərimiz olub. Azərbaycanın minalanmış ərazilərinin xəritələrinin müqabilində 15 erməni hərbi əsirinin sağ-salamat geri qaytarması kimi…”, – Qaribaşvili bildirib.

O, həmçinin qeyd edib ki, iyul ayında Gürcüstanda ilk dəfə olaraq Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında məhsuldar müzakirələr keçirilib:

“Bölgəmizdə çox vacib olan sülh və sabitliyin bərqərar olması üçün biz dialoq mərkəzi kimi qəbul olunmağa hazırıq. Bu məqsədlə Gürcüstan Cənubi Qafqazın hər üç ölkəsinin iştirakını nəzərdə tutan sülhsevər qonşuluq təşəbbüsünə öz töhfəsini verir”.

Teqlər: