Gürcüstan Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması prosesinin inkişaf etdirilməsində maraqlıdır və qonşularına danışıqlar üçün öz platformasını təklif edir.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Antalyada keçirilən Diplomatik Forumda bildirib.
Onun sözlərinə görə, Tiflis üçün regionda sülh vacibdir və ümid edir ki, İrəvan və Bakı razılığa gələcək və bundan hər iki tərəf faydalanacaq.