Tiflisdən AŞPA-da Bakıya böyük dəstək

Tiflisdən AŞPA-da Bakıya böyük dəstək

Bəzi avropalı anti-Azərbaycan deputatlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində ölkəmizlə bağlı müzakirələrin aparılmasını istəyib.

AzerTimes xəbər verir ki, Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin sədri Givi Mikanadze buna etirazını bildirib.

“Avropa Şurası Parlament Assambleyasının dəyərlərinə uyğun olaraq, hesab edirəm ki, bütün tərəflərin burada olması, iştirak etməsi və yeni seçilmiş parlamentlə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır. Ona görə də mən verilən təklifi şübhə altına almaq istərdim”, – Mikanadze deyib.

O, AŞPA-nı dialoq prinsipinə riayət etməyə çağırıb.

Teqlər: