Tiflisdə yol təmiri zamanı qədim qəbirlər tapıldı

Tiflisdə yol təmiri zamanı qədim qəbirlər tapıldı

Tiflisin Tsereteli prospektində aparılan yol təmiri işləri zamanı yeraltı qədim tikili aşkar edilib.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, mütəxəssislər sözügedən tikilinin 19-cu əsrə aid daş qəbirlər olduğunu bildirirlər.

Tapıntının sonrakı taleyi ilə bağlı tədqiq və qərarların qəbulu prosesinə Gürcüstanın Mədəni İrsin Mühafizəsi üzrə Milli Agentliyinin nümayəndələri və arxeoloqlar cəlb olunub.

Tbilisi meriyası bildirib ki, ərazidə işlər müvafiq qaydalara riayət olunmaqla mütəxəssislərin nəzarəti altında aparılır və yaxın günlərdə əlavə məlumat ictimaiyyətə açıqlanacaq.

Teqlər: