Tiflisdə parlament binası qarşısında yenidən aksiya başlayıb, Rustaveli prospekti bu səbəbdən bağlanıb.
AzerTimes xəbər verir ki, aksiya iştirakçıları “xarici agentlər” haqqında qanun layihələrinin geri götürülməsi ilə bağlı prosedurların başa çatdırılması və aksiyalar zamanı saxlanılanların hamısının azadlığa buraxılmasını istəyirlər.
Aksiya təşkilatçıları mümkün təxribatlarla bağlı iştirakçılara xəbərdarlıq edib və onlara reaksiya verməməyə çağırıb.
Məlumata görə, parlament binası qarşısında minlərlə iştirakçı toplanıb.