Tiflisdə “sistem dəyişikliyi” prosesi: Bakıya təsiri varmı?

Tiflisdə “sistem dəyişikliyi” prosesi: Bakıya təsiri varmı?

Gürcüstanda hakimiyyət etirazçıların qarşısında geri çəkildi və “Xarici agent haqqında” qanunun qəbulundan imtina etdi, hərçənd, Tiflis küçələrinin bununla sakitləşəcəyi ehtimalı azdır. Çünki ABŞ-ın kəşfiyyat şəbəkəsinin fəaliyyətinə mane ola biləcək qanun burada prosesin görünən tərəfidir, böyük tabloda isə Gürcüstan Vaşinqton üçün Cənubi Qafqazda Rusiyaya, Avrasiyada Çinə qarşı mübarizə coğrafiyalarından birini təşkil edir. Bu baxımdan İvanişvilinin “xaç atası” olduğu sistemin dəyişməsi uğrunda mübarizənin aktiv mərhələyə keçəcəyi gözləntisi böyükdür.

AzerTimes xəbər verir ki, bu sözləri siyasi müşahidəçi Asif Nərimanlı qeyd edib.

“Azərbaycanın Qərb qapısı olan Gürcüstanda ABŞ-ın, yaxud Çinin “qalib” olması bizim perspektiv maraqlarımız üçün o qədər də böyük risk yaramır, hər iki halda Avropa bazarına çıxmaq və Asiya bazarına körpü olmaq imkanımız qalır. Ən böyük risk Avropa bazarına çıxış qapımızda Rusiyanın “qalib” olmasıdır”, – o bildirib.

Qeyd edək ki, hakim Gürcü Arzusu kütləvi etiraz aksiyaları səbəbindən “Xarici agent haqqında” qanun layihəsini parlamentdən geri çəkib və mitinqlər zamanı həbs edilənlərin hamısını azad edib.

Aksiyaçılar isə yeni – hökumətin istefası tələbi ilə küçə mübarizəsinin yeni mərhələsinə başlayıb.

Teqlər: