Tiflisdə saxlanılanların sayı 30-a çatdı

Tiflisdə saxlanılanların sayı 30-a çatdı

Gürcüstanda hüquq-mühafizə orqanları oktyabrın 4-də Tiflisdə baş vermiş iğtişaşın daha 12 iştirakçısını saxlayıblar.

AzerTimes xəbər verir ki, bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze brifinqdə bildirib.


“İstintaq çərçivəsində həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları daha 12 nəfəri saxlayıblar. Bununla saxlanılanların sayı 30-a çatıb”, – məlumatda vurğulanıb.

Qeyd edək ki, 4 oktyabrda Gürcüstanda bələdiyyə seçkiləri baş tutub. Seçkilərdən sonra müxalifətin keçirdiyi aksiyalarda hökumət qüvvələri ilə toqquşma yaşanıb.

Teqlər: