Tiflisdə saxlanılan etirazçılar sərbəst buraxıldı

Tiflisdə saxlanılan etirazçılar sərbəst buraxıldı

Martın 7-də və 8-də Gürcüstanın paytaxtı Tiflisdə parlament binası yaxınlığında saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Martın 7-də və 8-də parlamentə bitişik ərazidə keçirilən etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin müxtəlif struktur bölmələri tərəfindən İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb. Saxlanılanların bəziləri məhkəmə qarşısına çıxarılıb, qalan şəxslər isə qanunla müəyyən edilmiş istintaq təcridxanasında qalma müddətindən sonra azadlığa buraxılıblar”, – məlumatda deyilib.

Teqlər: