Tiflisdə müxalifət partiyalarının nümayəndələri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları parlament seçkilərinin nəticələrinə etiraz əlaməti olaraq yürüş təşkil edirlər.
AzerTimes xəbər verir ki, müxalifət nümayəndələrini və onların tərəfdarlarının bir qismi metronun “Marcanişvili” stansiyasının yaxınlığında, bir qismi “Vake” parkının, bir hissəsi isə Gürcüstan Futbol Federasiyasının binasının yaxınlığında toplaşıb.
Onların hamısı artıq seçkinin nəticələrinə qarşı mitinq elan olunduğu parlament binasına çatmağı planlaşdırır. Müxtəlif universitetlərdən bəzi tələbələr də etirazçılara qoşulmağı planlaşdırırlar.