Tiflisin Tsxneti qəsəbəsində qətl hadisəsi törədilib.
AzerTimes yerli mediaya istinadən xəbər verir ki, iş adamı Levan Kaçarava odlu silahla öldürülüb.
53 yaşlı biznesmenə maşınında 20-yə yaxın güllə açılıb.
L.Kaçarava “Silk Road Group” şirkətinin həmtəsisçisi olub.
Faktla bağlı qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə maddələri üzrə istintaq aparılır.