Gürcüstanın paytaxtı Tiflisdə ölkə parlamenti qarşısında Ukraynaya dəstək aksiyası keçirilib.
AzerTimes xəbər verir ki, aksiyaya Ukrayna vətəndaşları da daxil olmaqla yüzlərlə şəxs qatılıb.
Aksiyanın iştirakçıları bu gün səhər saatlarından etibarən Rusiya tərəfindən Ukraynanın şəhərlərinin raketlərlə vurulmasını qəti şəkildə pisləyiblər.
Aksiyaya “Ayıbdır” hərəkatı, Avropalı Gürcüstan və Strategiya Ağmaşenebeli Partiyaları da qoşulublar.