Gürcüstanda hakim Gürcü Arzusu Partiyasının tərəfdarları Tiflisdə parlament binası yaxınlığında mitinq keçirirlər.
AzerTimes xəbər verir ki, aksiya iştirakçıları “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyiblər.
Bildirilib ki, Gürcüstan paytaxtının mərkəzində, Rustaveli prospektində yerləşən parlament binasında səhnə qurulub. Polis vəziyyətə nəzarət edir.