Tiflisdə gərgin anlar: polis aksiyaya sərt müdaxilə etdi

Tiflisdə gərgin anlar: polis aksiyaya sərt müdaxilə etdi

Tiflisdə parlament binası qarşısında keçirilən aksiyanı dağıtmaq üçün polis gözyaşardıcı qaz və su şırnağından istifadə edib.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, xarici agentlər haqqında qanun layihəsinə etiraz edən kütlə polis sərt müdaxiləsindən sonra dağılıb.

Bundan sonra polis parlamentin əsas girişinin yerləşdiyi Rustaveli prospektinə enməli olub. Rustaveli prospektində hələ də insanların olduğu deyilir.

DİN nümayəndələri səsgücləndiricilərlə toplaşanlara dağılışmalarını tələb edib, əks halda onlara qarşı “qanuni tədbirlər” tətbiq olunacağını bildirib.

Hazırda nümayişçilər polisin tələblərinə tabe olmurlar.

Teqlər: