Tiflisdə etirazla qarşılanan Orbandan ilk reaksiya

Tiflisdə etirazla qarşılanan Orbandan ilk reaksiya

Gürcüstanın Avropa Birliyinin faydasız təlimlərinə ehtiyacı yoxdur.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanda səfərdə olan Macarıstan Baş naziri Viktor Orban sosial şəbəkədə yazıb.
“Gürcüstan mühafizəkar, xristian və avropayönlü dövlətdir, faydasız təlimlər əvəzinə, onların Avropa yolunda bizim dəstəyimizə ehtiyacı var”, – Orban bildirib.

Qeyd edək ki, az öncə Orbanın Gürcüstana ikigünlük səfəri başlayıb. Onu 26 oktyabrda keçirilən seçkilərin nəticələrindən narazı qalan insanlar Tiflis aeroportunda etirazla qarşılayıb. Aksiyaçıların fikrincə, Orbanın səfəri seçkiləri saxtalaşdıran hakim Gürcü Arzusu Partiyasına dəstək xarakteri daşıyır.

Teqlər: