Tiflisdə etirazçılar səhərə qədər aksiya keçirəcəklər

Tiflisdə etirazçılar səhərə qədər aksiya keçirəcəklər

Tiflisdə müxalifətçilər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, ictimai fəallar və “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin digər əleyhdarları səhər saatlarında deputatlarla görüşmək üçün mərkəzi Rustaveli prospektində, parlamentin qarşısına toplaşmaqda davam edirlər.

AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Gürcüstan parlamentinin binası təhlükəsizlik qüvvələri tərəfindən ciddi şəkildə qorunur.

Qeyd edək ki, bazar ertəsi mübahisəli qanun layihəsinə parlamentin Hüquq Məsələləri Komitəsində baxılması planlaşdırılır.

Teqlər: