Tiflisdə dağıdıcı proseslər gedir – DTX

Tiflisdə dağıdıcı proseslər gedir – DTX

Son hadisələr göstərdi ki, Gürcüstanda hakimiyyəti zorla devirmək üçün dağıdıcı proseslər gedir.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Müəyyən qruplar Gürcüstan parlamenti yaxınlığında keçirilən mitinqlər zamanı dağıdıcı və zorakılıq ssenariləri təşkil etməyə çalışırlar. Bu ssenarilər konkret siyasi partiyaların və QHT-lərin rəhbərləri tərəfindən hazırlanıb, onların əsas məqsədi hakimiyyəti zorla ələ keçirməkdir”, – məlumatda bildirilib.

Qeyd edək ki, aksiyalar 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra başlayıb. Artıq dördüncü gündür davam edən aksiyalarda polislə toqquşmalar olub, onlarla etirazçı saxlanılıb.

Teqlər: