Bir gün əvvəl Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyası zamanı yaralanan 44 nəfəri təcili yardım həkimləri tibb müəssisələrinə aparıblar.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, yaralananlardan 27-i aksiya iştirakçısı, biri media nümayəndəsi, 16-ı isə polis əməkdaşıdır, onların həyatına təhlükə yoxdur.
Qeyd edək ki, ötən gecə də Tiflisdə parlament binası qarşısında iğtişaşlarla müşayiət olunan aksiya keçirilib.