Gürcüstanın paytaxtı Tiflisdə LGBT festivalına qarşı ənənəvi dəyərləri müdafiə edənlərin yürüşü başlayıb.
AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb.
Bildirilib ki, yüzlərlə insan Tiflisin mərkəzindəki Vaja Pşavelanın abidəsi önünə toplaşıb.
Daha sonra yürüş iştirakçıları Vaja Pşavelanın abidəsindən Lisi gölünə doğru hərəkət ediblər.
Aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanları əməkdaşları arasında toqquşma olub. Saxlanılanların sayı barədə məlumat verilməyib.