Tiflisdə aksiya: 133 nəfər saxlanıldı

Tiflisdə aksiya: 133 nəfər saxlanıldı

Tiflisdə etiraz aksiyaları zamanı saxlanılanların sayı 133 nəfərə çatıb.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Martın 7-8-də parlamentin yaxınlığında keçirilən etiraz aksiyası zamanı baş vermiş qanun pozuntuları, xüsusilə də polis əməkdaşlarına hücum faktları ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə bir nəfər saxlanılıb. İnzibati qaydada saxlanılanların sayı isə 133-ə çatıb”, – məlumatda deyilir.

Qeyd edək ki, aksiyalarının səbəbi etirazçıların “Xarici agentlər haqqında” qanunun qəbul edilməsinə qarşı olmalarıdır.

Gürcüstan hakimiyyəti qanun layihəsini artıq geri çəkdiyini elan edib.

Teqlər: