Tiflis qalmaqallı layihəni ikinci oxunuşa çıxarır

Tiflis qalmaqallı layihəni ikinci oxunuşa çıxarır

Gürcüstan parlamenti 30 apreldə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda müzakirə edəcək.

AzerTimes xəbər verir ki, bunu Gürcüstan Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili deyib.

Qeyd edək ki, bu qanun layihəsi həm ölkə daxilində ciddi etirazlara səbəb olub, həm də AB-nin sərt təzyiqinə gətirib çıxarıb. Buna görə Gürcüstanın AB üzvlüyünə namizəd statusunun alına və sanksiya tətbiq edilə biləcəyi haqda iddialar da səslənir. Buna baxmayaraq hakim Gürcüs Arzusu Partiyası qanunun qəbulunda israr edir.

Teqlər: