Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

Tiflis qadağan etdi, Bakıda isə LGBT reklamı ola bilər

Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən qanun layihəsini sonuncu oxunuşda qəbul edib. Ölkə prezidenti qanun layihəsini imzaladıqdan sonra LGBT-nin reklamı, təbliği Gürcüstanda qadağan olunacaq. Azərbaycanda isə LGBT nümayəndələri ilə bağlı belə bir qanun yoxdur. Bəs onların təbliğinə və reklamına qadağa mümkündürmü?

Məsələ ilə bağlı AzerTimes-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, belə qanun yoxdursa, müəyyən bir çərçivədə onlar reklam oluna bilər.

Ekspertin sözlərinə görə, “müəyyən çərçivə” dedikdə zidd kontent və ictimai əxlaq pozuntusu hallarının olmaması nəzərdə tutulur:

“Yəni reklamda ictimai əxlaqa zidd hərəkətlər olsa, bu, inzibati pozuntudur, qanunla qadağandır. Yoxdursa, reklama icazə verilə bilər. Ümumi mənada əxlaqsız şəkillər, intim görüntülər göstərilməyibsə, LGBT nümayəndələrinin reklamı qanunla qadağan deyil”.

Hüqüşünas Əkrəm Həsənov isə bildirib ki, Gürcüstan təcrübəsinə uyğun qanunAzərbaycanda da qəbul olunmalıdır:

“Hesab edirəm ki, biz Gürcüstandan heç də az mühafizəkar deyilik, əksinə, dini və mentalitet baxımından daha mühafizəkarıq. Yaxşı olardı ki, bizdə də belə qanun olsun və bu qadağalar da qanunla tənzimlənsin”.

Teqlər: