Gürcüstan parlamenti LGBT təbliğatını qadağan edən dəyişikliklər paketini birinci oxunuşda dəstəkləyib.
AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini 78 deputat dəstəkləyib:
“Dəyişikliklər qadın və kişi nikahından başqa hər hansı nikahın qeydiyyata alınmasına, homoseksual cütlüklər tərəfindən yetkinlik yaşına çatmayanların övladlığa götürülməsinə qadağa qoyulmasını nəzərdə tutur”.