AB diplomatiyasının rəhbəri Jozep Borrell Gürcüstan hakimiyyətini LGBT təbliğatına qadağa və cinsiyyətin dəyişdirilməsi ilə bağlı qanunu ləğv etməyə çağırıb.
AzerTimes xəbər verir ki, Borrell bu barədə özünün X səhifəsində yazıb.
“Gürcüstan parlamenti “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunlar qəbul edib ki, bu da insanların fundamental hüquqlarını pozacaq, ayrı-seçkilik və stiqmatizasiyanı artıracaq. Mən Gürcüstanı ölkəni AB yolundan daha da döndərən bu qanunu ləğv etməyə çağırıram”, – Borrell bildirib.