Tiflis Lavrovun sözündən “tutdu”: Ordunu çıxart!

Tiflis Lavrovun sözündən “tutdu”: Ordunu çıxart!

Gürcüstan hakimiyyəti Rusiya xarici işlər naziri Sergey Lavrovun Gürcüstanın Abxaziya və Cənubi Osetiya ilə münasibətlərinin yaxşılaşdırılmasına kömək etməyə hazır olması barədə sözlərindən sonra Kremlə konkret tədbirlərə keçməyi təklif edir.

AzerTimes xəbər verir ki, bu barədə jurnalistlərə hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

“Mən deyərdim ki, bu cür bəyanatlardan sonra Lavrovun təsirli addımlara keçmək yaxşı olardı”, – o bildirib.

Xüsusilə Kaladze Rusiya hərbçilərinin Abxaziya və Cənubi Osetiyadan çıxarılması planının hazırlanmasına başlamağı təklif edib.

Teqlər: