Tiflis İrəvanın sülh layihəsini şərh etdi

Tiflis İrəvanın sülh layihəsini şərh etdi

Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstanın Ermənistandakı səfirliyi İrəvanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə Tiflisin baxışını şərh edərkən bildirib.

“Qafqazın kommunikasiyalar üçün həyati əhəmiyyət kəsb edən region olaraq strateji əhəmiyyətini qəbul edirik. Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədimizə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Regional sabitliyə, iqtisadi artıma və əlaqələrin genişlənməsinə töhfə verən təşəbbüsləri dəstəkləyirik”, – məlumatda deyilir.

Teqlər: