Gürcü gəncləri rusları düşmən hesab edir, yaşlı nəsil isə Rusiyadan gələn turistləri səmimiyyətlə qarşılayır.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası rusiyalı səyyahlara istinadən məlumat yayıb.
“Tiflisdəki gənclər ruslara inanmır və aqressiv münasibətdədirlər. Gürcüstanda ruslara qarşı nalayiq sözlər işlədilir. Yetkin əhali Rusiya ilə Gürcüstan arasında sülh və dostluğun zəruriliyindən danışır. Gənclər isə rusları düşmən hesab edir. Bəlkə də bu, Qərb təbliğatından irəli gəlir”, – məlumatda deyilir.