Yaxın iki il ərzində Gürcüstanda dünya səviyyəli ifaçıların konsertləri üçün 70 milyon lari ayrılacaq.
AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında məlumat verib.
Onun sözlərinə görə, sözügedən proqram daha çox turist cəlb etmək məqsədi ilə həyata keçiriləcək:
“Yaxın iki il ərzində ölkəyə dünya səviyyəli ulduzları, ifaçıları və sənətçiləri gətirmək planımız var. İyun, iyul, avqust və sentyabrın əvvəllərində ölkədə həm stadionlarda, həm də “Qara Dəniz Arena”da dünya səviyyəli incəsənət ustalarının konsertləri keçiriləcək. Bu məqsədlə biz 70 milyon lari ayıracağıq. Müvafiq vəsaitimiz var, bu proqram yaxın 2 ildə maliyyələşdiriləcək və düşünürük ki, bu, daha çox turist cəlb edəcək və maraqlı proqramımız olacaq”.