Tiflis bu gün qonşu ölkələr arasında başlayan mühüm dialoqa ev sahibliyi edir. Bu prosesin çox vacib əhəmiyyəti var.
AzerTimes Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Gürcüstan, Azərbaycan və Ermənistan birgə səylərlə regionda sülh və sabitliyi təmin etməyə çalışır:
“Azərbaycanlı və erməni həmkarlarıma göstərdikləri etimada görə təşəkkür edirəm. Tərəflər arasında dialoqun Tbilisidə keçirilməsi çox önəmlidir. Gürcüstan paytaxtı əsrlər boyu vacib qərarların qəbul olunduğu məkan olub və bunun davamı lazımdır”.