Tiflis Abxaziya və Osetiyanı geri qaytarmağa hazırlaşır

Tiflis Abxaziya və Osetiyanı geri qaytarmağa hazırlaşır

Gürcüstan ərazi bütövlüyünün bərpasına hazırlaşmalı və bunun üçün ölkə konstitusiyasına düzəlişlər etməlidir.

AzerTimes xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının bəyanatında qeyd olunub.

“Ölkəmizin əsas milli vəzifələrindən biri Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Ərazi bütövlüyü sülh yolu ilə bərpa olunacağı təqdirdə, Gürcüstanın idarəetmə sistemi və ərazi dövlət quruluşunun yeni reallıqlara uyğun olması üçün konstitusiyaya dəyişiklik etmək lazım gələcək”, – bəyanatda deyilib.

Teqlər: