Tiflis ABŞ-la münasibətlərə maraqlı deyil – Şahin

Tiflis ABŞ-la münasibətlərə maraqlı deyil – Şahin

Gürcüstan hakimiyyəti ABŞ-la münasibətləri yaxşılaşdırmaqda maraqlı deyil.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanda səfərdə olan amerikalı senator Cin Şahin deyib.

“Gürcüstan baş nazirinin özünün və administrasiyasının ABŞ-la münasibətləri yaxşılaşdırmaq üçün heç bir təklif irəli sürməməsi məyusedicidir. ABŞ Gürcüstanda demokratiyanı və bu ölkənin iqtisadiyyatını həmişə dəstəkləyib. Biz Gürcüstanda demokratik məqsədləri, iqtisadi inkişafı, gürcü xalqının istəklərini dəstəklədik. Baş nazirin belə münasibətləri davam etdirməkdə maraqlı olmaması məyusedicidir”, – Şahin bildirib.

Teqlər: