Tiflis AB-yə üzvlük üçün çalışmalı olacaq – Gerçinski

Tiflis AB-yə üzvlük üçün çalışmalı olacaq – Gerçinski

Gürcüstan AB-yə üzvlük üçün namizəd statusu ilə bağlı Avropa Komissiyasından tarixi tövsiyələr alıb.

AzerTimes xəbər verir ki, bunu AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinski deyib.

Onun sözlərinə görə, Brüssel insan haqlarının qorunması məsələlərində gürcülərin yanında olacaq.

“İnsan hüquqlarının müdafiəsi Avropa Birliyinin əsasını təşkil edir. Bu vizyonu reallaşdırmaq səyləri AB-nin genişlənmə prosesinin bir hissəsidir və Gürcüstanın quruma üzvlük yolunda atmalı olduğu 9 addımdan biridir. Gürcüstan AB-yə üzvlük yolunda insan hüquqlarını qorumaq üçün çalışmalı olacaq”.

Teqlər: