2021-ci ilin 21-25 iyun tarixlərində ADA Universitetində ticarət siyasəti və ÜTT ilə bağlı “Beynəlxalq ticarət yol ayrıcında: Yolumuz haradır?” adlı ilk Yay məktəbi keçiriləcəkdir. Ölkənin hər yerindən iyirmi tələbə və gənc mütəxəssis kampusdakı tədbirdə iştirak edəcəkdir. Sessiyalara onlayn izləmək imkanı maraqlı olan hər kəs üçün təmin ediləcəkdir.
Yay məktəbinin məqsədi ticarət siyasəti ilə bağlı məlumatlılığın artırılması, tənqidi təhlilin simulyasiyası, onun daha geniş siyasi qərarvermə və icra mexanizmindəki rolu, habelə onun biznes subyektləri və vətəndaşların gündəlik fəaliyyətinə təsirlərinin öyrənilməsindən ibarətdir. Nəticə etibarilə, Yay Məktəbinin iştirakçıları:
- Ticarət siyasətinin bizim həyatımızın əsas aspektləri – iqtisadi inkişaf, səhiyyə və ətraf mühitlə qarışıqlı əlaqəsi, eləcə də ticarətin inteqrasiyası prosesləri ilə bağlı hərtərəfli təsəvvürə malik olacaq
- Beynəlxalq ticarətlə bağlı hazırda baş verən hadisələri və çağırışları, habelə gələcək istiqaməti öyrənəcək və müzakirə edəcək
- Ticarət siyasətinin təhlili sahəsində tənqidi düşüncə bacarıqları ilə tanış olacaq və tətbiq edəcək
- Ticari məsələlərlə əlaqəli məlumatların və sənədlərin əldə edilməsi və istifadəsi üzrə öz bacarıqlarını artıra biləcəklər
Proqrama beynəlxalq ticarət və iqtisadi inkişaf/ətraf mühit/səhiyyə və ölkələrin ticarət siyasətləri, beynəlxalq ticarətdə aktual məsələlər, hazırkı çağırışlar və perspektivlərlə bağlı sessiyalar daxil olacaqdır. Bakı Dəniz Ticarət Limanına tanışlıq səfəri Azərbaycan Hökuməti tərəfindən ticarətin stimullaşdırılması məqsədilə qəbul edilmiş tədbirlərin icrasını əyani nümayiş etdirəcəkdir. 21 iyun 2021-ci ildə tədbirin açılışını ADA Universiteti rəhbərliyinin nümayəndəsi ilə Avropa İttifaqının Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas edəcəkdir.
Bu tədbir Avropa İttifaqının maliyyə dəstəyi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə keçirilir.
Yay məktəbi ilə bağlı ətraflı məlumat, həmçinin, sessiyaları onlayn izləmək üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
- Nərgiz İsmayılova, ADA yanında Aİ Araşdırmaları üzrə Bilik Mərkəzinin direktoru: [email protected] və ya +994-12-4373235, daxili nömrə 320,
- Marius Bordalba, Aİ tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında və ticarət ilə əlaqəli digər tədbirlərdə Azərbaycan hökumətinin potensialının artırılması” layihəsinin qrup rəhbəri: [email protected]
Azərbaycan Hökumətinə ticarət siyasəti və ÜTT-yə üzvlüklə bağlı danışıqlarda Aİ tərəfindən maliyyələşdirilən hazırkı dəstəklə bağlı daha ətraflı məlumat: ““ÜTT-yə üzvlük danışıqlarında və ticarət ilə əlaqəli digər tədbirlərdə Azərbaycan hökumətinin potensialının artırılması” layihəsi 24 sentyabr 2020-ci ildə başlamışdır. Layihənin müddəti 2021-ci ilin noyabr ayında başa çatmaqla 15 ay nəzərdə tutulmuşdir. Ticarət siyasətində islahat səylərinin və ÜTT-yə üzvlüklə bağlı danışıqların davam etdirilməsi məqsədilə Azərbaycan hökumətinə göstərilən dəstəyin ticarətə əsaslanan inkişaf və çoxtərəfli treydinq sisteminə inteqrasiya yolu ilə iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun inkişafına töhfə verməsi gözlənilir.
Layihə COWI konsorsiumuna (Belçika) daxil olan “DMI Associates” (Fransa) və “Expertise Advisors” (Fransa) tərəfindən həyata keçirilir.