Bu gündən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunur. Operativ Qərargahın qərarına əsasən, bu tipli məkanların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisnadır.
“Park Bulvar” , “28 Mall”, “Metropark” və “Port Baku” bu gündən fəaliyyətini bərpa etsə də, “Ganjlik Mall” sabahdan etibarən açılacaq.
Xatırladaq ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti 23 mart 2020-ci il tarixdən dayandırılmışdı.