Çinin Tibet muxtar bölgəsinin Nyinçi şəhərində, tunel yaxınlığında baş verən qar uçqunu nəticəsində 28 nəfər ölüb.
AzerTimes xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Xilasedicilərin sözlərinə görə, uçquna səbəb bölgədə güclü külək və temperaturun yüksəlməsi ola bilər. Xilasetmə əməliyyatına mindən çox insan cəlb olunub.