Tibbi Xidmət İdarəsində gömrük xidmətinin 30 illiyi və gömrük işçilərinin peşə bayramına həsr edilmiş tədbir keçirilib (FOTO)

31 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası gömrük orqanlarının yaradılmasının 30-cu ildönümü və gömrük əməkdaşlarının peşə bayramı münasibətilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsində tədbir keçirilib. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov iclası giriş sözü ilə açaraq, tədbir iştirakçılarını Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin yaradılmasının 30 illiyi və Gömrük İşçilərinin peşə bayramı münasibətilə təbrik edib. İdarə rəisi Ceyhun Məmmədov Azərbaycan gömrük sisteminin 30 il ərzində əldə etdiyi nailiyyətlərdən və tibbi xidmət sahəsində əldə edilən uğurlardan danışıb.

Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin əmri ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları, “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı, “Gömrük xidməti əlaçısı” döş nişanı, “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı, Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunan, növbəti xüsusi və xüsusi vaxtından əvvəl rütbələr verilən Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin əməkdaşlarının adları elan edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Tibbi Xidmət İdarəsi rəisinin müavini Elnurə Novruzlu, Tibbi Xidmət İdarəsinin Maliyyə şöbəsinin rəisi Arzu Həsənov, Mərkəzi Gömrük Hospitalının rəisi, baş həkim Elman Məmmədov, baş həkimin müavini Rəna Qasımova, Təcili tibbi yardım şöbəsinin rəisi Nərgiz Kərimova, Cərrahiyyə şöbəsinin rəisi Namiq Novruzov, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Könül Həsənova, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Rəşad Nəsirli, Poliklinika şöbəsinin dermatoveneroloqu Sevinc Kərimova, Radiologiya şöbəsinin həkim sonoloqu Tükəzban Abdullayeva, Alqı-satqı və təchizat şöbəsinin rəisi Rəşad Fərəcov “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalları ilə təltif olunublar. Həmçinin, Baş Gömrük Mühafizə Xidmətindən Mərkəzi Gömrük Hospitalında xidmət göstərən Mühafizə Dəstəsinin rəisi Faiq Vəliyev də yubiley medalı ilə təltif olunub.

Tibbi Xidmət İdarəsinin Tibb komissiyasının həkimi, həkim psixiatr İradə Ramazanova, Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin tibb bacısı Hicran Tağıyeva, Mama-ginekologiya şöbəsinin tibb bacısı Mirvari Qurbanova, Radiologiya şöbəsinin radioloqu Emin Məmmədov, Poliklinika şöbəsinin həkim-terapevti Gülər Miriyeva, Poliklinika şöbəsinin böyük tibb bacısı Gültəkin Quliyeva, Təcili tibbi yardım şöbəsinin tibb bacısı Solmaz Mövsümova “Gömrük orqanlarında xidmətə görə” 3-cü dərəcəli döş nişanı ilə təltif olunublar.

Mərkəzi Gömrük Hospitalının Texniki-təsərrüfat şöbəsinin rəisi Pərviz Sadıqov “Gömrük Xidməti əlaçısı” döş nişanı ilə təltif edilib.


Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalı baş həkimin müavini Bəxtiyar Musayev, Poliklinika şöbəsinin rəisi Tamilla Əliyeva, Nefrologiya və Efferent Terapiya Şöbəsinin rəisi Mirmənsim Məmmədov, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Mehdi Əliyev “Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə” döş nişanı ilə təltif olunublar.

Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsi Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə, Mərkəzi Gömrük Hospitalının Travmatologiya şöbəsinin rəisi Ramin Rzayev, Laboratoriyanın tibb bacısı Xırdaxanım Abbasova, həkim-infeksionist Mədinə Abdullayeva, Anesteziologiya və Reanimasiya şöbəsinin həkim anestezioloq-reanimatoloqu Şahin Mazanov, Radiologiya şöbəsinin həkim sonoloqu Günay Əhmədova, Kardiologiya şöbəsinin kardioloqu Günay Hətəmova Azərbaycan Respublikası Gömrük işini aparan İcra Hakimiyyəti orqanının Fəxri fərmanı ilə təltif olunublar. Mərkəzi Gömrük Hospitalının 3 əməkdaşına növbəti xüsusi rütbə vaxtından əvvəl, 16 gömrük əməkdaşına növbəti xüsusi rütbə verilib.

Tədbirin sonunda Azərbaycan Respublikası Tibbi Xidmət İdarəsinin rəis müavinləri – İsmayıl Əfəndiyev, Elnurə Novruzlu, Mərkəzi Gömrük Hospitalının baş həkimi Elman Məmmədov, baş həkimin müavini Rəna Qasımova, Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi, Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin rəisi Tural Sadıqov, Cərrahiyyə şöbəsinin həkim-cərrahı Aynur Səfiyeva çıxış edərək, Gömrük işçilərinin peşə günündə gömrük xidmətinin tibb işçilərinə göstərilən diqqətə, fəaliyyətlərinə verilən yüksək qiymətə və onlara göstərilən yüksək ehtimada görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə və Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədova dərin təşəkkürlərini bildiriblər.

Teqlər: