Tibbi-Sosial Ekspertiza xidməti rəisi rüşvətə görə həbs edildi

Tibbi-Sosial Ekspertiza xidməti rəisi rüşvətə görə həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon üzrə xidmət rəisi rüşvət aldığına görə həbs edilib.

Nazirliyin Abşeron rayon üzrə Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Xidmətinin rəisi Məmmədov Oruc Nüsrət oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində istintaq davam etdirilir.

Qeyd edək ki, Oruc Məmmədov 20 gün əvvəl bu əməllərinə görə vəzifəsindən çıxarılıb.