Tibbi ictimaiyyətin nümayəndələri görkəmli alim, akademik Zərifə Əliyevanın xatirəsini yad ediblər (FOTO)

Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli
Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim,
qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasından 99 il
keçir.

Səhiyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu
münasibətlə səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb
ictimaiyyətinin nümayəndələri aprelin 28-də Fəxri xiyabanda
xalqımızın ümummilli lideri, müasir, müstəqil Azərbaycan dövlətinin
memarı və qurucusu Heydər Əliyevin məzarı önünə gül dəstələri
qoyublar.

Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla yad edilib, məzarı
önünə əklil qoyulub və tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi və ictimai xadim Əziz Əliyevin, istedadlı
həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər
qoyulub.

Teqlər: