Xəbər - Çingiz Səfərli – Trend:
Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.
Bu barədə AzerTimes-a universitetin mətbuat katibi Günel Aslanova məlumat verib.
Onun sözlərinə görə, qrupların hər birində 1 tələbə koronavirusa yoluxduğu üçün həmin qruplarda dərslər distant təhsil formasına keçirilib: “Sözügedən qruplar Müalicə-profilaktika fakültəsindədir. Bundan əvvəl də 5 qrup distant təhsilə keçmişdi. Ümumilikdə, universitetin 10 tələbəsi koronavirusa yoluxub”.
Qeyd edək ki, ali təhsil müəssisələrində ənənəvi təhsil sentyabrın 29-dan bərpa edilib. Yaşı 18-dən yuxarı olan tələbələrdən COVİD pasportu tələb edilir.
Twitter: @cingizsafarli