Tibb işçilərinin 26 günlük körpənin meyitini oğurlaması iddialarını əks etdirən görüntülərlə bağlı araşdırmalar davam edir.
Bu barədə AzerTimes-ın sorğusuna cavab olaraq Baş Prokurorluqdan bildirilib.
Qeyd edək ki, 27 iyulda Niva” markalı maşında ikisi tibb işçisi olmaqla, 3 nəfərin ölmüş körpənin meyitini xəstəxanadan çıxarmaq istəməsini əks etdirən görüntülər yayılıb. Videoda doğmaları ölmüş uşağın meyitinin onlardan icazəsiz xəstəxanadan çıxarılmasının qarşısını almasıl da əksini tapıb.