Xəbər - Orxan Nəbiyev – Trend:
Azərbaycanda koronavirusa qarşı peyvəndləmə prosesi başlayıb, növbəti iki həftə ərzində bütün tibb işçiləri peyvəndlənəcək.
AzerTimes-ın məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Türkiyə mətbuatına müsahibəsində deyib.
Onun sözlərinə görə, tibb işçilərindən sonra 65 yaşdan yuxarı şəxslərə və müəyyən risk qrupuna daxil olanlar peyvənd olunacaq.
R.Bayramlı əlavə edib ki, Azərbaycan Türkiyə ilə yanaşı, peyvəndləmə prosesinə başlayan ilk ölkələrdən olub:
“Bu gün şirkətlərlə anlaşıb vaksin əldə etmək o qədər də asan iş deyil. Biz “Sinovac” şirkəti ilə razılaşma əldə edərək ölkəmizin tələbatının 20 faizini təmin edəcək qədər vaksin əldə etmişik. İlk mərhələni növbəti 2-3 ay ərzində başa çatdırmağı planlaşdırırıq”.