THY xidmətlərindən ötən sutka 200 mindən çox sərnişin istifadə edib

Türkiyənin mülki aviasiya flaqmanı Türk Hava Yolları (THY) ötən sutkada 200 min sərnişinə xidmət göstərib.

Aviaşirkət 2019-cu ildən bəri ilk dəfə sutka ərzində 200 min nəfərlik sərnişin axını limitini keçib. Uçuşlarının sıxlıq nisbəti 3,4 faiz təşkil edib.


Ən çox reys (424) şirkət İstanbul Hava limanından həyata keçirib, buradan 70 min sərnişin Türk Hava Yolları təyyarələri ilə səfər edib və 61 min sərnişin şəhərə gəlib. Ümumilikdə göstərilən müddətdə 364 uçuş təşkil edilib.

Teqlər: