Zəlzələ sonrası Hatay Hava Limanının eniş-qalxış zolağı yenidən yoxlanıldı, hər hansı problemin olmadığı müəyyən edildi.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Hava Yollarının (THY) rəhbəri Bilal Ekşi Tvitter səhifəsində yazıb.
“Təyyarəmiz hava limanından təhlükəsiz şəkildə uçuş icra etdi”, – deyə o bildirib.
Qeyd edək ki, 20 fevral yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 və 5,8 bal gücündə ardıcıl güclü zəlzələlər baş verib, daha sonra 5 bal ətrafında afterşoklar olub. Nəticəə 3 nəfər həlak olub, 213 nəfər yaralanıb.