Türkiyənin mülki aviasiya lideri olan Türk Hava Yolları şirkəti gündəlik aviareyslərin statistikasına görə Avropada ikinci yerdədir.
AzerTimes-ın məlumatına görə, bu barədə Avropa aeronaviqasiya təhlükəsizliyi təşkilatının (EUROCONTROL) hesabatında deyilir.
Bildirilir ki, Türkiyənin milli aviadaşıyıcısı sentyabrın 20-dən 26-dək gündə ortalama 1 200 uçuş həyata keçirib.
Qitədə həyata keçirilən uçuşların sayına görə birinci yeri İrlandiyanın “Ryanair” şirkəti tutur – gündə 2 341 uçuş. Üçüncü yeri Britaniyanın “Easyjet” şirkəti tutur – 1 058 uçuş.
Türkiyənin digər hava yolu şirkəti “Pegasus” 464 uçuşla 10-cu yerdədir.