“Meta” şirkəti tərəfindən yaradılan “Threads” platforması 24 saatdan az bir müddətdə 30 milyon istifadəçi toplaya bilib.
AzerTimes xəbər verir ki, bu barədə “Meta” şirkətinin rəhbəri Mark Zukerberq paylaşım edib.
Onun paylaşımından sonra “Threads” sürətlə izləyicilərin diqqətini cəlb edib.
Qeyd edək ki, yeni platformada mətn məzmununu paylaşmaq və ictimai çatlarda iştirak etmək olur. “Threads” 100 ölkədə mövcud olsa da, Avropa Birliyi ölkələrində hələ də aktiv deyil. Buna səbəb AB-nin nizamnamələridir.