Türkiyə Futbol Federasiyasının inzibati binasına silahlı hücum olub.
AzerTimes xəbər verir ki, qurumun İdarə Heyətinin iclas keçirdiyi vaxt binaya silahdan 5 güllə atılıb. Bu güllələrdən birinin Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntopun başının üzərindən keçdiyi bildirilib
Silahlı hücumda yaralanan və ya ölən olmayıb.
İqtidarda olan AKP sözçüsü Ömər Çelik məsələnin bütün tərəflərinin araşdırıldığını bildirib.