Tezliklə Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında görüş nəzərdə tutulub – Çavuşoğlu

Xəbər - Orxan Nəbiyev – Trend:

Bəzi şirkətlərin İstanbul-Yerevan marşrutu ilə uçuşlarla bağlı müraciətləri olub, hazırda bu müraciətlərə baxılır, yaxın günlərdə uçuşlar başlayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu malayziyalı həmkarı Seyfəddin Abdulla ilə mətbuat konfransı zamanı deyib.

“Regionun sabitliyi və təhlükəsizliyi üçün addımlar atılır. Ermənistanla atılan addımlar məhz bu istiqamətdədir. Artıq qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin olunub, tezliklə onların görüşü nəzərdə tutulub”, – deyə M.Çavuşoğlu deyib.

O əlavə edib ki, atılan bütün addımların hər biri Azərbaycanla müzakirə olunur.

“Bundan sonra da velə olacaq. Bizim arzumuz Cənubi Qafqazfa sabitlik və sülhün bərqərar olmasıdır”, – nazir deyib.

Teqlər: