İsrailin Müdafiə Qüvvələrinə tezliklə Qəzza zolağına daxil olmaq əmri verilə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant sərhəd yaxınlığındakı hərbçilərə müraciətində bildirib.
“İndi Qəzzanı uzaqdan görürsünüz, tezliklə içəridən də görəcəksiniz. Əmr gələcək”, – nazir qeyd edib.