Tezliklə keçmiş qaçqınların Azərbaycanın azad edilmiş ərazilərinə qayıdacaqlarına ümid edirəm – İƏT-in keçmiş baş katibi

Ümid edirəm ki, tezliklə keçmiş qaçqınlar Azərbaycanın azad edilmiş ərazilərinə qayıda biləcəklər.

Trend-in məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) keçmiş baş katibi, türkiyəli siyasi xadim Ekmeleddin İhsanoğlu “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumu çərçivəsində deyib.

O, tezliklə işğalın fəsadlarının aradan qaldırılacağına və regionda uzunmüddətli sülhün bərqərar olacağına ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: