Tezliklə Ermənistan-Azərbaycan dəmir yolunda tədqiqat işlər başlayacaq

Təxminən on gün sonra Ermənistan-Azərbaycan dəmir yolunun
bərpası planlaşdırılan hər iki hissəsində mütəxəssislər tərəfindən
tədqiqatlar başlanacaq və bunun yekununda layihə hazırlanacaq.

Trend-in
Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistan
baş nazirinin müşaviri, dəmir yolunun bərpası proqramı üzrə işçi
qrupunun rəhbəri Artaşes Tumanyan deyib.

Onun sözlərinə görə, bu işlərdə “Rusiya dəmir yolları”
şirkətinin mütəxəssisləri də iştirak edəcək.

Teqlər: